Kateqoriyasız

Tokio-2020: Daha iki idmançımız mübarizəni dayandırdı

Bu gün daha iki idmançımız Tokio-2020-də mübarizəyə başlayıb.

İlk olaraq cüdoçu Zelim Kotsoyev tatamiyə çıxıb. 100 kq çəki dərəcəsində çıxış edən idmançı ilk mərhələdə fransalı Aleksandr İddirlə qarşılaşıb. Kotsoyev vazari xalı ilə qələbə qazanıb.

Kotsoyevin 1/8 finalda rəqibi Kanada təmsilçisi Şadi Elhanas olub. Azərbaycanlı idmançı rəqibinə iki vazari xalı ilə uduzub və Olimpiyada mübarizəni medalsız başa vurub.

Daha sonra Azərbaycan millisinin boksçusu Məhəmməd Abdullayev (91 kq) Yaponiya paytaxtında ikinci qarşılaşmasına çıxıb.

1/16 finalda bəhreynli Denis Latıpova qalib gələn Abdullayev 1/8 finalda özbəkistanlı Bahodir Calolovla üz-üzə gəlib.

Döyüş rəqibin 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesablı qələbəsi ilə başa çatıb. Məhəmməd Abdullayev Tokio-2020 ilə vidalaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43