Kateqoriyasız

Türkiyə millisi üçün ya tamam, ya davam: qarşılaşma hansı kanallarda canlı yayımlanacaq?

Bu gün DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bir neçə maraqlı oyun keçiriləcək.

Azərbaycanlı futbolsevərlərin diqqəti isə Rumıniyaya yönələcək. Mundiala qatılmaq üçün Türkiyə millisi Rumıniya səddini aşmalıdı. Qələbədən başqa alınacaq nəticə, Braziliyada keçiriləcək dünya çempionatına getməmək anlamına gələcək.

Bakı vaxtı ilə saat 23:00-da başlayacaq qarşılaşma “Xəzər TV”nin canlı yayımında olacaq.  Bundan əlavə sözügedən oyunu Star TV də, canlı yayımla azarkeşlərə nümayiş etdirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43