Dünya futbolu

Türkiyə millisinin yeni kapitanı müəyyənləşdi

Türkiyə milli komandasının yeni kapitanının adına aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, millinin yeni kapitanı “Fənərbaxça”nın futbolçusu Məhmət Topal olacaq. Selçuk İnanla Gökhan Gönül isə vitse-kapitan vəzifəsini yerinə yetirəcəklər.

Qeyd edək ki, Türkiyə millisinin əsas kapitanı Arda Turan idi. O, Makedoniya ilə yoxlama oyununda sonra yığma karyerasını başa vurduğunu açıqlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43