Dünya futbolu

UEFA-nın baş katibi AFFA prezidenti ilə görüşdü

UEFA-nın baş katibi Teodor Teodoridis Bakıda bir günlük işgüzar səfərdədi.

İdmanxeber.com-un məlumatına görə, səfər çərçivəsində UEFA rəsmisi AFFA-nın prezidenti Rövnəq Abdullayevlə görüşüb. Vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədovun iştirakı ilə keçirilmiş görüşdə Avro-2020-nin Bakıda təşkil olunacaq oyunlarına hazırlıqla bağlı görülən işlər barədə məlumat verilib.

Həmçinin bu istiqamətdə ətraflı fikir mübadiləsi aparılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43