Dünyadan

“Valensiya”ya sonuncu xəbərdarlıq

İspaniya La Liqasının IX turu çərçivəsində keçirilən “Valensiya” – “Barselona” oyununun sonlarında baş verənlər cəzasız qalmayıb. 

İdmanxeber.com xəbər verir ki, matçın finalfitinə saatlar qalmış Messinin penaltidən vurduğu qələbə qolunun sevinci zamanı azarkeşlər meydana yad əşyalar atmışdılar. Meydançaya atılan şüşələrdən biri Neymarın başına dəymişdi.

 

İnsidentlə əlaqədar İspaniya Kral Futbol Federasiyasının İntizam Komitəsi artıq qərarını verib. Belə ki, meydan sahibləri hadisəyə görə 1500 avro miqdarında cərmələnib. Üstəlik, “Valensiya”ya sonuncu xəbərdarlıq edilib. Əgər eyni hal bir də təkrarlansa, stadion azarkeşlər üçün qapadılacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43