Premyer Liqa

Vaqif Cavadov zədələnib

Premyer Liqanın 12-ci turu çərçivəsində “Neftçi” ilə üz-üzə gələcək “Sumqayıt” hazırlıqlara start verib.

İdmanxeber.com-un məlumatına görə, komandanın əsas futbolçularından olan Vaqif Cavadov sıradan çıxıb. Məşqdə çiynindən zədələnən Cavodav 4 gündür ki, komandadan ayrı düşüb. O, yüngül qaçışlarla kifayətlənir.

Təcrübəli futbolçunun hansı tarixdə komanda ilə birgə məşqlərə başlayacağı isə hələlik bilinmir.

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” matçı noyabrın 20-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43