"Stadionun ot örtüyü ideyal vəziyyətdədi. Üzü qışa doğru getməsinə baxmayaraq meydanaç əla vəziyyətdədir. Hətta "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov burdakı oyundan önvə və sonra da ot örtüyünün yaxşı olduğunu dedi".
Bu sözləri idmanxeber.com–a "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Cənub klubunun rəsmisi daha sonra sözlərinə belə davam edib:
"Milli oyunları ilə əlaqədar yaranan fasilə vaxtı demişdik ki, qazona qulluq olunacaq. Toxum əkilib və ot örtüyü əla vəziyyətdədir".