Ölkə futbolu

“Xəzər Lənkəran”a “yox”, milliyə “hə” dedi

“Xəzər Lənkəran”ın təklifini geri çevirən “Fənərbağça”nın sabiq baş məşqçisi Aykut Kocamana təkliflər gəlməkdə davam edir.

“Olimpik” (Marsel) və “Latsio”dan sonra bu dəfə çalışdırıcıya Qazaxıstan yığmasından təklif gəlib. Kocamanın yığmada çalışmaq fikrinə müsbət yanaşdığı bildirilir.

Məlumat üçün deyək ki,  Türkiyə mətbuatı “Xəzər Lənkəran”ın Mustafa Dənizlidən öncə Aykut Kocamanla danışıqlar apardığını yazmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43