Ölkə futbolu

“Xəzər Lənkəran”da ŞOK üstünə ŞOK – ÖZƏL

Premyer Liqanın 20-ci turunda Lənkəranda "Neftçi"ylə qarşılaşacaq olan "Xəzər Lənkəran" bu gün Bakıda, "Bayıl Arena"da məşqə çıxıb.

Hazırlıq prosesində komandanın mərakeşli futbolçusu Zouahir Benuahi iştirak etməyib. Buna səbəb onun zədəli olmasıdır.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, yarımmüdafiəçi "Neftçi" ilə oyunda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, komandanın digər iki futbolçusu – Slavik Alxasov və Elnur Abdullayev isə sarı vərəqə limitini aşdığından "Böyük oyun"da iştirak edə bilməyəcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43