Kateqoriyasız

“Xəzər Lənkəran”dan ayrıldı, Brazilya klubuna keçdi

“Xəzər Lənkəran” klubunda baş tutan gəncləşdirmə siyasətindən sonra klubdan ayrılan futbolçulardan olan Tyeqo Xesus özünə yeni klub tapıb.

İdmanxeber.com-un brazilya mətbuatına istinadən verdiyi məlumata görə, müdafiəçi Brazilyanın “Çapekoense” klubuna transfer olunub. Onu da bildirək ki, “Çapekoense” Brazilya A seriyasında çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43