Ölkə futbolu

“Xəzər Lənkəran”ın futbolçusu: “Hər iki komandada durum ürəkaçan deyil”

"Xəzər Lənkəran"ın futbolçusu Rasim Ramaldanov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. 

İdmanxeber.com saytına açıqlamasında o, bunları söyləyib:

"Artıq Qəbələdəyik. Bütün fikirimizi sabahkı oyuna yönəltmişik. İnşallah istəyirik ki, bu ildə ilk xalımızı elə burada qazanaq. Düzdü, hər iki komandada durum o qədər də ürəkaçan deyil. Ona görə də çalışıb öz oyunumuzu oynayıb, qələbə qazanmalıyıq".

Rəşad

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43