Kateqoriyasız

“Zaqataladan Lənkərana qədər gəlib bizi dəstəkləyən azarkeşlərimizə də təşəkkür edirəm”

“Simurq”un baş məşqçisi Georgi Çixradze “Xəzər Lənkəran” üzərindəki qələbəni şərh edib.

İdmanxeber.com-un məlumatına görə, gürcü çalışdırıcı Lənkəranda qazanıaln 3 xalın vacibliyindən danışıb:

Komandaya qələbə görə təşəkkür edirəm. Futbolçular sona qədər mübarizə apardılar. Rəqib komandanın da oyunçuları bizimlə başabaş mübarizə apardı. Qol imkanlardan səmərəli istifadə etdik. Zaqataladan Lənkərana qədər gəlib bizi dəstəkləyən azarkeşlərimizə də təşəkkür edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43