Kateqoriyasız

“Zirə”nin ilk argentinalısı

“Zirə”nin rəsmi sosial şəbəkə səhifələri Fakundo Melivilo haqda paylaşım edib.

Fakundo Melivilonun “Zirə”də debüt etdiyi qeyd olunub. 29 yaşlı hücumçunun debütü Azərbaycan Premyer Liqasının XX turunda rəsmiləşib. Argentinalı legioner “Qəbələ” ilə səfər oyununda (1:1) meydana çıxıb.

Melvilo “Zirə”nin tarixində ilk argentinalı oyunçusudur. Ona qədər 29 ölkədən 51 legioner komandamızın formasını geyinib. Cənubi amerikalı qol hesabını debüt matçında açan 6-cı futbolçu kimi tarixə düşüb. “Qəbələ” ilə qarşılaşmayadək Viktor İqbekoyi, Aleksandr Dedov, Pərdis Fərcad-Azad, Ağabala Ramazanov və Musa Qurbanlı ilk oyunda fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43