Premyer Liqa

“Zirə”dən heç-heçə, “Qəbələ” qalib gəldi (YENİLƏNİB)

Azərbaycan Premyer Liqasında 31-ci turun oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, ikinci oyun günündə 2 qarşılaşma baş tutacaq.

Günün ilk matçında "Xəzər Lənkəran" avrokubokları hədəfləyən "Qəbələ"ni sənağa çəkəcək. "İnter"in "Qarabağ"a uduzması Qriqorçuklu "Qəbələ"nin Lənkəranda 3 xal üçün meydana çıxacağını öncədən praqnozlaşdırmaq olar.

Digər oyunda “Neftçi” “Zirə”ni qəbul edəcək.

Qeyd edək ki, turun digər iki oyunu sabah keçiriləcək.

23 aprel (şənbə)

19:00. “Neftçi” – “Zirə” – 0:0 
Hakimlər: 
Fariz Yusifov, Munis Abdullayev, İsgəndər Əliyev, Ömər Paşayev
“Bakcell Arena”.

16:30. “Xəzər Lənkəran” – “Qəbələ” – 0:1
Qol: 
Aleksey Qay, 8 (0:1)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Fərid Məmmədov
“Xəzər Lənkəran” mərkəzi stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43