Premyer Liqamızın növbəti turunda “Neftçi”nin qonağı olacaq “Simurq”, hazırlıqlara başlayıb.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, ötən gün səhər saatlarında məşqə çıxan komanda fevralın 5-də paytaxta gələcək və son çalışmasın qarşılaşmanın oynanılacağı “Bakcell Arena”da edəcək.
Hazırlıqlarda yalnız Əli Gökdəmir iştirak eləmir. Ayağında ağrılar hiss edən müdafiəçi müalicəsi davam edir.
Qeyd edək ki, fevralın 6-da keçiriləcək “Neftçi” – “Simurq” oyunu saat 16:00-da start götürəcək.