İdman

Ədalətin Gürcüstan təntənəsi: yeniyetməmiz çempion oldu

Gürcüstanın Batumi şəhərində  idmanın kikboksinq növü üzrə yeniyetmələrin Dünya Kuboku yarışı keçirilib.

İdmanxeber.com-un məlumatına görə, dünya miqyaslı yarışda Azərbaycan da təmsil olunub.

Yarışda 32 kq çəki dərəcəsində mübarizə aparan 11 yaşlı idmançımız Ədalət Əliyevin çıxışı ikiqat bayramla əlamətdar olub. Belə ki, yeniyetmə idmançımız olan Əliyev turnirin qızıl medalını həlledici görüşdə erməni idmançısına qalib gəlməklə əldə edib. Fəxri kürsünün ən yüksək pilləsinə yüksələn Ədalət həm də mənfur qonşumuzun təmsilçisinə yerini göstərib və üçrəngli bayrağımızı dalğalandırıb.

Qazandığı nəticəyə görə  məşqçilərinə, xüsusən də Nizami rayon 13 saylı ixtisaslaşdırılmış idman məktəbinin əməkdar məşqçisi Zaur Məmmədova təşəkkür edən yeniyetmə Ədalət gələcəkdə də ölkəmizi beynəlxalq miqyaslı yarışda layiqincə təmsil edəcəyinə söz verdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43