Kateqoriyasız

Əhmədov psixoloji səddən, Çixradze ruh düşkünlüyündən danışdı

Topaz Premyer Liqasının 3-cü turunun açılış oyununda “Neftçi” doğma meydanda “Simurq”u qəbul etdi. 

İlk hissənin sonlarından azlıqda oynayan paytaxt təmsilçisi qələbə hesabını sonadək saxlaya bildi – 1:0. 

İdmanxeber.com hər iki komandanın baş məşqçisinin oyunsonrası mətbuat konfransında səsləndirdiyi fikirlərlə sizi tanış edir.

Georgi Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Qapımıza qol vurulana qədər komandalar bərabər səviyyəli oyun göstərdi. Qoldan sonra isə futbolçularda, sanki, ruh düşkünlüyü yarandı. Rəqib azlıqda qaldıqdan sonra oyunda dönüş yaratmaq istədik, ikinci hücumçunu oyuna buraxdıq. Təəssüf ki, səhv nəticəsində buraxdığımız qol oyunun taleyini həll etdi”. 

Tərlan Əhmədov, “Neftçi” klubunun məşqçisi: “Oyunun ağır keçəcəyini bilirdik. 9 futbolçumuz milli komandaların düşərgəsində idi. Əsas heyətdə müəyyən itkilər var idi. “Simurq” müdafiədə və əks-hücumlarda yaxşı oynayır. Qələbə qazanaraq psixoloji səddi aşdıq. Gələcək oyunlarda da qələbəyə oynayacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43