Dünyadan

Əliyar Ağayevin köməkçiləri açıqlandı

FİFA dərəcəli hakimimiz Əliyar Ağayev növbəti təyinatını alıb.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən məlumatına görə, o, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Kipr – Cəbəllütariq matçını idarə edəcək. Adıçəkilən görüşdə Ağayevə kömək edəcək hakimlər də bəllidi. Belə ki, Zeynal Zeynalov və Rza Məmmədov həmin qarşılaşmada yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər. Oyunun dördüncü hakimi isə Orxan Məmmədov olacaq.

Qeyd edək ki, Kipr – Cəbəllütariq görüşü noyabrın 13-də Nikosiya şəhərində keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43