Ölkə futbolu

Əmrah Çəlikəl: “Belə günlərdə bir yerdə olmaq lazımdı”

Xocalı faciəsinin faciənin ildönümü ilə bağlı olaraq “Qarabağ” bu gün Şəhidlər Xiyabanına yürüş edərək Xocalı faciəsinin qurbanlarını yad edib.

Yürüşdən sonra Ağdam klubunun icraçı-deirektoru Əmrah Çəlikəl idmanxeber.com saytına açıqlamasında faciə ilə bağlı fikirlərini bildirib:

“Bu gün çox üzüldüyümüz günlərdən biridir. Belə günlərdə bir yerdə olmaq lazımdır. Biz də buna görə burdayıq. Bir olduğumuzu, gücümüzü göstərmək üçün bura gəlmişik”.

Klub rəsmisi cəbhə bölgəsində baş verən son hadisələrdən də danışıb: “Bu haqda eşitmişəm. Ancaq bununla bağlı heç bir rəsmi məlumat yoxdur. Buna görə də çox danışmaq istəmirəm. İnşallah rəsmi açıqlama verildikdən sonra nələr baş verdiyini biləcəyik. Əgər şəhidlərimiz varsa, Allah rəhmət etsin”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43