Ölkə futbolu

Əmrah Çəlikəl: “Mənim səlahiyyətim çatmır ki…”

“Super oyun oldu. “İnteri” də gözəl oyun münasibəti ilə təbrik edirəm. Onlar da çempionluğa layiq oynadılar. Çox sevincliyik. Sözlə ifadə etmək çətindir. 21 ildən sonra “Qarabağ” çempion oldu. Biz bu anı çoxdan gözləyirdik. Həm oyunu, həm nizam-intizamı, həm də sponsorunun ona göstərdiyi qayğı ilə “Qarabağ” bu çempionluğa layiq idi”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın icraçı-direktoru Əmrah Çəlikəl deyib. 

Ağdam klubunun rəsmisi futbolçulara veriləcək “premya” haqda danışmaq istəməsə də, kubokun Quzanlıya aparılacağını bildirib:

“Mənim səlahiyyətim çatmır ki, “premya” haqda nəsə deyim və ya mən onlara pul mükafatı verim. “Qarabağ”ın bu çempionluğunun mənəvi tərəfi pulla ölçülmür. Bundan əlavə biz kuboku Quzanlıya aparacağıq. Çünki ora aiddi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43