Dünyadan

Əmrəni 2 il həbs gözləyir

Türkiyə yığmasının və “Fənərbağça”nın ulduz futbolçusu Əmrə Bəlözoğlu həbs oluna bilər. Yarımmüdafiəçi ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.

Məhkəməyə qatılmaq istəməyən futbolçu polis gücünə belə olsa, məhkəmə zalına gətirilib.

Yeri gəlmişkən deyək ki, Əmrə ötən mövsüm “Kasımpaşa” ilə matçda sözügedən klubun idman direktorunu təhqir etmişdi və bunun nəticəsi kimi klub rəsmisi futbolçunu məhkəməyə vermişdi.

Əgər onun günahı sübut olunsa, Əmrəni 2 il həbs gözləyir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43