İdman

90 dəqiqəlik istefa çağırışı

Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Neftçi” “Qəbələ”ni “Əlincə Arena”da qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, “flaqman”ın fəal azarkeş qrupu olan “Forza “Neftçi” komandanın baş məşqçisi Vəli Qasımovu 90 dəqiqə ərzində istefaya səsləyəcək

“Forza Neftçi Azad Azarkeş Qrupu olaraq bəyan edirik ki, 

dəfələrlə sizlərdən baş məşqçi Vəli Qasımovu istefaya göndərməyinizi xahiş və tələb etməyimizə baxmayaraq, bizləri inkar etməkdən və özünüzün uğursuz siyasətinizi davam etdirməkdən əl çəkmədiniz. Bizlərin – Neftçimizin sadiq azarkeşlərinin Topaz Premyer Liqasının ilk 3 turunda komandanı boykot etməsi belə sizləri Vəli Qasımovu istefaya göndərməyə məcbur etmədi, buna görə, 10 sentyabr 2016 tarixində keçiriləcək olan “Neftçi – Qəbələ” oyununda tribunaya dönəcəyik və 90 dəqiqə dayanmadan Vəli Qasımovu istefaya səsləyəcək və öz postunu işini yaxşı bacaran bir baş məşqçiyə təslim etməyənə qədər mübarizəmizi davam etdirəcəyik. Bir daha xatırlatmaq istərik ki, bu klub heç kəsin şəxsi mülkiyyəti deyil, xalqındır. Xalqın komandasını xalqa qaytarın !”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43