İdman

2 illik fasilədən sonra futbola qayıtdı

ABŞ millisinin eks futbolçusu London Donovan peşəkar karyerasını bərpa etmək qərarına gəlib.

İdmanxeber.com-un məlumatına görə, 34 yaşlı Donovanın adı “LA Qalaksi”nin iştirak ərizəsinə daxil edilib.

“Dərhal meydana çıxıb 90 dəqiqə oynamaq illüziyasına qapılmıram. Amma forma yığıb komanda üçün uzunmüddətli perspektivdə faydalı olacaq bir şey edə bilərəm. Heyətdə zədəlilər çoxdur. Amma “Galaxy”də istedadlı futbolçular var. Zardes və De Yonqun itkisi çox böyükdür. Meydana çıxmaq üçün alışıb yanmıram. Bu klubu, təsisatı sevirəm. Əvvəlki kimi olmasam da, meydan və ondan kənarda komandaya bəzi detallarda kömək etməyi düşünürəm. Komandaya 6-cı çempionluq titulunu qazanmaqda kömək etsəm, əla olacaq” – veteran futbolçu qeyd edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43