Ölkə futbolu

Sadıq Sadıqov: “Xəzər Lənkəran”ı məğlub etməyə borclu idik”

Premyer Liqanın XII turu çərçivəsində “Neftçi” doğma azarkeşləri önündə “Xəzər Lənkəran”in 4:1 hesabı ilə məğlub etdi.

Matçdan sonra ev sahibi komandanın prezidenti Sadıq Sadıqov böyükhesablı qələbədən danışıb.

O, bunları deyib:

“Superkubok oyunundan sonra biz bütün fikir ayrılıqlarını müzakirə etdik və klublar arasında problem yoxdu. “Xəzər Lənkəran” da Azərbaycan klubudu, onlar da, biz də futbolumuzun inkişafı üçün çalışırıq. Cənub klubunun yaxşı azarkeş ordusu var. İlk dövrədə baş verənlərin təkrarlanacağını düşünmürəm. Yaxın zamanlarda azarkeşlərlə bağlı qadağanın ləğv olunacağını düşünürəm. Bizim klubların əsas hədəfi avrokuboklarda uğur qazanmaq olmalıdı. Kuboku, Premyer Liqanı qazanmaq problem deyil. Beynəlxalq arenada uğur qazanmaq lazımdı”.

Sadıqov bu qələbə ilə “Xəzər Lənkəran”dan revanş aldıqlarını da sözlərinə əlavə edib: “Naxçıvandakı məğlubiyyətdən sonra rəqibdən zəif olmadığımızı isbatlamağa borclu idik. Şadam ki, revanş ala bildik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43