Dünya futbolu

Ruslan Abışovun komandasının adı danışılmış oyunlarda

Millimizin üzvü Ruslan Abışovun formasını geyindiyi "Rubin" klubu ilə bağlı şok iddia ortaya atılıb.

Rusiya mətbuatının yaydığı xəbərə görə, Kazan klubunun  Antalyadakı təlim-məşq toplanışında keçirdiyi 2 yoxlama matçının nəticəsi əvvəlcədən müəyyənləşdirilib.

Məlumata görə, Almaniyanın aşağı dəstə klubları  “Dinamo” (Drezden) ilə “Paderborn”un “Rubin”lə oyunlarda qol vuracağına böyük məbləğdə pul qoyuluşu edilib. Məhz bu amil şübhələrin yaranmasına səbəb olub. 

Artıq UEFA-nın Araşdırma Komitəsi bununla bağlı hərəkətə keçib.

Qeyd edək ki, "Rubin" – "Dinamo"  matçı ikincilərin 3:0 hesablı qələbəsi ilə başa çatmışdı. İkinci oyunda isə "Paderborn" son dəqiqələrdə qol vuraraq Kazan təmsilçisini 2:1 hesabı ilə məğlubiyyətə uğratmışdı.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43