Dünya futbolu

Ronaldonu meydandan qovan hakim “zibilə düşdü” – VİDEO

İspaniyanın Hakimlər Komitəsi ölkə çempionatının son turunda  keçirilən “Real” – “Atletik” (:) matçını idarə edən referi Aysa Qamesi bir aylığına hakimlikdən uzaqlaşdırılıb.

Belə ki, oyunun gedişatında Qames “Real”ın futbolçusu Ronaldonu rəqib komandanın üzvü Karlos Qurpeqi ilə mübahisə etdiyinə görə meydandan qovmuşdu. Lakin oyun bitdikdən sonra hakim protokolda dəyişiklik edərək Ronaldonun Ander İturraspe ilə mübahisə etdiyi üçün qırmızı vərəqə aldığını qeyd edib. Bu səbəbdən, referi 3 oyunluq cəzalandırılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43