Ölkə futbolu

“Mən avtobusun şüşələrini sındıran azarkeşə şərəfsiz demişəm”

“Lənkəranlı fanatlar sosial şəbəkədəki paylaşımımı səhv anlayıblar. Mən avtobusun şüşələrini sındıran azarkeşə şərəfsiz demişəm. Cəm şəklində yox. Kimlərdisə, oyunöncəsi süni ajiotaj yaradırlar. 

Bu sözləri idmanxeber.com saytına açıqlamasında “Neftçi”nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə deyib. 

Klub rəsmisi daha sonra sözlərinə belə davam edib: “Mənim Lənkəranda nə qədər dostum var. Elə “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunu götürək. Bu hərəkəti “Neftçi”, “Qarabağ”, “Qəbələ” və.s klubun azarkeşi etsəydi, eyni sözü deyərdim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43