Dünyadan

İngiltərə Premyer Liqası yeni loqotipdə (FOTO)

Dünyanın ən çox izlənilən çempionatlarından olan İngiltərə Premyer Liqasının loqosu dəyişdirilir.

İdmanxeber.com-un məlumatına görə, 2016-2017 mövsümündə köhnə Premyer Liqa loqosundan istifadə olunmayacaq. 

Verilən açıqlamalarda həmçinin bildirilib ki, 2004-cü ildən bu yana Premyer Liqaya sponsorluq edən “Barclays”la da əməkdaşlığa son qoyulub. Yeni sponsorun adı isə hələlik məlum deyil.

Qeyd edək ki, yeni loqo bəzi tənqidlərə də məruz qalıb. Belə ki, çoxları düşünür ki, bu loqo 1994-cü ildə istehsal olunan “Tehe Lion King” ( Aslan Kral ) filmindəki animasiyalara bənzəyir.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43