İdman

Millinin matçını moldovalı hakimlər idarə edəcək

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan – Farer adaları oyununun hakimləri müəyyənləşib. 

İdmanxeber.com-un məlumatına görə, qarşılaşmanı Moldovadan olan hakimlər idarə edəcək.

 

Sentyabrın 6-da baş tutacaq qarşılaşmanın baş hakimi Dmitri Muntyan olacaq. Ona həmyerliləri Vitali Qorbatovla Vladislav Lifçiu kömək edəcək.

 

Qarşılaşmanın dördüncü hakimi Yuri Kovtun olacaq.

 

Qeyd edək ki, sentyabrın 6-da Bakıdakı “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Farer adaları görüşü saat 18:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43