Bu gün Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçiriləcək.
Turun bütün görüşləri eyni gündə keçirildiyindən yalnız 2 qarşılaşma (“Sumqayıt” – “Neftçi” və “Qəbələ” – “Zirə”) “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
İdmanxeber.com-un məlumatına görə, “Qarabağ” və “Kəpəz” arasında keçiriləcək görüş də canlı yayımlanacaq. Belə ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç Ağdam klubunun rəsmi “Youtube” səhifəsi vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, saat 18:30-da start götürəcək matçı saytımız vasitəsilə də izləyə bilərsiniz.