Bakı “İnter”i Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Lüksemburqun “Fola” klubunu qəbul edəcək.
İdmanxeber.com-un məlumatına görə, qarşılaşma “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq. Bu barədə məlumat klubun “facebook” səhifəsində yerləşdirilib.
Qeyd edək ki, “İnter” – “Fola” görüşü sabah saat 20:00-da başlayacaq.