İngiltərənin “Vest Bromviç” kollektivi “Arsenal”dan futbolçu transfer edib.
İdmanxeber.com-un məlumatına görə, “topçular” Kiran Qibbsi “Vest Bromviç”ə satıb. Yeni klubu ilə 4 illik müqaviləyə qol çəkən müdafiəçi 3 nömrəli forma altında çıxış edəcək. Beləliklə 13 illik “Arsenal” kitabını bağlayan Qibbs sabiq komandasının heyətində ümumilikdə 237 görüşdə meydana çıxıb. Bu oyunlarda o, 6 dəfə qol vurub, 25 məhsuldar ötürmə ilə yadda qalıb.