UEFA Gənclər Liqasında qrup mərhələsinin 1-ci dövrəsinin təqvimi bəlli olub.
İdmanxeber.com-un məlumatına görə, C qrupunda yer alan “Qarabağ”ın 19 yaşıl futbolçulardan ibarət komandasının oyunlarını keçirəcəyi stadionlar və tarixlər müəyyənləşib. U – 19 komandası da əsas kollektiv kimi ilk görüşünü səfərdə “Çelsi”yə qarşı keçiriəcək.
Rəqiblərini “Azərsun Arena”da qəbul edəcək Ağdam klubunun meydançası rəsmən “Qarabağ” stadionu kimi tanınacaq. Çünki UEFA reklam tipli, sponsor adlarına icazə vermir.
12 sentyabr
Gənclər Liqası, Çempionlar Liqası yolu
C qrupu
1-ci tur
14:05. “Çelsi” (İngiltərə) – “Qarabağ”
Surrey. “Çelsi” Futbol Klubunun Təlim-Məşq Bazası
27 sentyabr
2-ci tur
12:00. “Qarabağ” – “Roma” (İtaliya)
Bakı. “Qarabağ” stadionu
18 oktyabr
3-cü tur
12:00. “Qarabağ” – “Atletiko” (İspaniya)
Bakı. “Qarabağ” stadionu