“Neftçi”də iki ayrılıq baş verib.
İdmanxeber.com-un klubun saytına istinadən verdiyi məlumata görə, “ağ-qaralar” əvəzedicilərin məşqçisi Aleksandr Qross və U-17 komandasının baş məşqçisi Arslan Quliyevlə vidalaşıblar. Hər iki çalışdırıcının müqavilələrinə xitam verilib. Adıçəkilən məşqçilər Azərbaycan millilərinə dəvət olunublar.