Fransanın PSJ klubunun futbolçusu Neymar zədə üzündən neçə müddət yaşıl meydanlardan kənar qalacağı bəlli olub.
İdmanxeber.com-un məlumatına görə, bu barədə “L’Equipe” nəşrinə 26 yaşlı braziliyalı hücumçunun eyni zamanda meneceri olan atası bildirib. Neymar ən azı 8 həftə komandasına kömək edə bilməyəcək. Bu isə 2 ay deməkdi. Beləliklə, forvard martın 6-da İspaniyanın “Real” Madrid komandası ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçını buraxmalı olacaq. Paris təmsilçisi səfərdə keçirdiyi ilə görüşdə 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, Neymar fevralın 25-də PSJ-nin Fransa çempionatının XXVII turunda evdə “Marsel”i 3:0 hesabı ilə məğlub etdiyi oyunda zədələnib. Ona daha əvvəl baldırla pəncəni birləşdirən bağların dartılması və pəncə sümüyündə çat diaqnozu qoyulmuşdu.