Ötən mövsümün sonunda “Qarabağ”dan ayrılan Riçard Almeydanın yeni klubu rəsmən açıqlanıb.
İdmanxeber.com-un xəbərinə görə, Azərbaycan millisinin üzvü Qazaxıstanın “Astana” klubu ilə münasibətlərini rəsmiləşdirib. Müqavilənin detalları barədə məlumat verilməyib.
29 yaşlı futbolçu 2012-ci ildən “Qarabağ”da oynayırdı. “Astana”ya “Qəbələ”nin keçmiş baş məşqçisi Roman Qriqorçuk başçılıq edir.