Ramil karyerasını Rusiyada davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, Rusiyanın “Krılya Sovetov” klubu millimizin futbolçusu Ramil Şeydayevlə müqavilə imzalayacağını açıqlayıb.
Ramil artıq klubun düşərgəsində qatılaraq, dünən keçirilən komandanın gənclərlə olan yoldaşlıq görüşündə heyətdə olub. O, ilk matçında qol vurmağı da bacarıb.