Kateqoriyasız

Paşayev “Şaxtyor”a qarşı oynadı, komandası uduzdu

Ukrayna Premyer Liqasında 19-cu tura yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə,milli komandamızın üzvü Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya” səfərdə Donetsk “Şaxtyor”u ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.

Paşayev oyuna start heyətdə meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, turnir cədvəlinə 45 xalla “Şaxtyor”  başçılıq edir. “Dinamo” (Kiyev) 41 xalla 2-ci, “Aleksandriya” 36 xalla 3-cüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43