Kateqoriyasız

“İstədiyimiz səviyyəyə çatmamışıq”- Qurban Qurbanov

“Pis oyun alınmadı. Bu gün daha az səhv etdik və əvvəlki oyunlara nisbətən daha hazırlıydıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avstriyada təlim-məşq toplanışı çərçivəsində Rusiyanın “Ufa” klubuna 2:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra deyib.

Klubun saytına danışan 47 yaşlı mütəxəssis daha sonra bildirib: “Əlbəttə ki, çatışmazlıqlarımız çoxdur, hələ tam istədiyimiz səviyyəyə çatmamışıq. Futbolçular çox məsuliyyətlə hazırlaşırlar. Qarşıdakı son yoxlama oyununa da ciddi hazırlaşacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43