Dünya futbolu

“Barselona”da ciddi itki

“Barselona” ciddi itki ilə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya təmsilçisi Çempionlar Liqasının dördüncü turu çərçivəsində “Slaviya”ya (0:0) qarşı keçirilən görüşdə əsas heyət üzvlərindən biri – Jordi Albanı itirib. İspaniyalı müdafiəçi praqalılarla oyunda keçmiş zədəsini yeniləyib.

İspaniyalı futbolçunun 4-5 həftəlik sıradan çıxdığı ehtimal edilir. “Slaviya” ilə görüşdə Alba 46-cı dəqiqədə Sergi Roberto ilə əvəzlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43