Kateqoriyasız

Azarkeşsiz qalan “Sabah” bu yola əl atdı

“Sabah” Azərbaycan Premyer Liqasının XIII turunda “Qarabağ”la keçiriləcək oyunda yeniliyə imza atacaq. 

İdmanxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisi 4 azarkeşi əliboş göndərməyəcək.

Belə ki, oyunu “Bank Respublika Arena”da izləyənlər arasında 3 nəfər titul sponsoru olan Bank Respublikadan 100 manat qazancaq, 1 nəfər isə akademiyanın sponsoru Maxi.az-dan televizor əldə edəcək.

Dekabrın 2-də keçiriləcək “Sabah” – “Qarabağ” qarşılaşması saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43