Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində “Qarabağ” “Sevilya”nın qonağı olacaq.
İdmanxeber.az-ın Sevilyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, matça maraq azdı. Sözügedən oyunda anşlaq gözlənilmir. “Ramon Sançez Pisxuan” arenasında keçiriləcək matçı maksimum 20 min azarkeş izləyəcək.
Qeyd edək ki, “Sevilya” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.