Azərbaycan Premyer Liqasında I tur davam edir. Bu gün daha bir matç keçirilib.
Son çempion “Qarabağ” “Sabah”ı qəbul edib. “Azersun Arena”da oynanılan matç ev sahibinin qələbəsiylə başa çatıb – 2:0.
İlk tura sabah keçiriləcək “Qəbələ” – “Zirə” oyunu ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
I tur
22 avqust (şənbə)
20:00. “Qarabağ” – “Sabah” – 2:0
Qollar: Mahir Emreli, 45, 68
“Azersun Arena”