Kateqoriyasız

“Qəbələ” hazırlığa başladı

“Qəbələ” 2020/21 mövsümünün ikinci hissəsinin hazırlıqlarına start verib.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının 13-cü turunun dekabrın 24-də “Səbail”ə qarşı keçirilən oyunundan (3:1) sonra istirahətə buraxılan “qırmızı-qaralar” dünən bir araya gəlib. Komanda hazırlığa Qəbələdə başlayıb. Elmar Baxşıyevin yetirmələri toplanışın ilk günündə bir məşqlə kifayətlənib. Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi yüngül məşqdən ibarət olub. “Qırmızı-qaralar” bu gün iki məşq edəcək.

Yanvarın 13-dək Qəbələdə məşq edəcək əyalət təmsilçisi hazırlığını Bakıda tamamlayacaq. “Qırmızı-qaralar” yanvarın 14-də “Sumqayıt”la yoxlama oyununda qüvvəsini sınayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43