Kateqoriyasız

“Bazel” “Qarabağ”la oyun üçün azarkeşlərinə səsləndi

Konfrans Liqasının qrup mərhələsində Bakıda “Qarabağ”ın qonağı olacaq “Bazel” (İsveçrə)  matç öncəsi azarkeşlərinə müraciət edib.

İdmanxeber.az-ın məlumatına görə, İsveçrə təmsilçisi azarkeşlərinə stadionda kluba dəstək olmağa səsləyib.

Bakı Olimpiya Stadionunda 308-ci sektor qonaq komandanın azarkeşləri üçün ayrılıb.

Qeyd edək ki, sentyabrın 16-da keçiriləcək “Qarabağ” – “Bazel” oyunu saat 20:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43