Kateqoriyasız

“Xan Lənkəran” rəhbərliyi Mais Mənsimovdan xəbər gözləyir

“Xan Lənkəran” rəhbərliyi fəaliyyətini dayandırmış “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimovla görüşəcək.

İdmanxeber.az-ın məlumatına görə, Region Liqasında iştirak edən klub “Fırtınalar meydanı”nın xidmətindən yararlana biləcək. Bu, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovla baş tutmuş görüşdə əldə olunmuş razılıqdan biridi.

Lakin hazırkı durumda “Xan”ın fəaliyyətində nə kimi dəyişikliklərin olacağı sual olaraq qalır. Komanda rəhbərliyi bildirir ki, AFFA və “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimovla bəzi məsələlər həll olunduqdan sonra “Xan Lənkəran”ın yoluna hansı formada davam edəcəyinə aydınlıq gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43