Kateqoriyasız

“Marsel” – “Qarabağ” oyununu canlı yayımlayacaq kanalların SİYAHISI

UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində bu gün keçiriləcək “Marsel” – “Qarabağ” oyunu dünyanın müxtəlif ölkələrində canlı yayımlanacaq.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan futbol tarixində bir ilkə imza ataraq avrokuboklarda pley-off mərhələsinə yüksələn “köhlən atlar”ın “Marsel”lə olan ilk duelini ölkəmizdə “CBC Sport” kanalı canlı yayımlayacaq. Türkiyə və Rusiya kanalları bu matçı ekranlara daşımayacaq.

Xatırladaq ki, matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

18 fevral

00:00 “Marsel” – “Qarabağ” – CBC Sport, Kanal + Sport (Fransa), ESPN (ABŞ), RTE (İrlandiya), BT Sport (İrlandiya), Sony Ten 3 SD (Hindistan)

Tərəflər arasında cavab görüşü isə fevralın 24-də, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43