Kateqoriyasız

“Hesab tam əksinə də ola bilərdi” – Qurban Qurbanov

“Hesab bizi aldada bilər. Ancaq rahat qələbə olmadı. Futbolçularım.bu əziyyəti çəkərək qələbəni əldə etdilər. Hesab tam əksinə də ola bilərdi. Onların da yaxşı imkanları oldu. Rəqibə qarşıdakı oyunlarda uğurlar arzulayıram və öz komandamı da təbrik edirəm”.

İdmanxeber.az-ın məlumatına gorə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Ferentsvaroş”a qalib gəldikləri oyundan sonra deyib.

O, qələbəni şərh edərkən daha sonra bu sözləri deyib:

“Biz bu gün minimum hədəfdən düşünmürük. Əgər şansımız varsa, irəli getməyi düşünürük. Biz Avroliqanın qrupunu təmin etmişik deyə düşünsək, o zaman qabağa getmək olmaz. Hər il belə qalibiyyətlər əldə etmək olmur. Bu gün imkanımız varsa bundan maksimum yararlanmalıyıq”.

Qurban Qurbanov daha sonra pley-off matçının Bakı Olimpiya stadionunda oynanaılması ehtimalından danışib:

“Biz bütün oyunlarımızı Respublika stadionunda oynamışıq. Bəlkə bu gün Bakı Olimpiya stadionunda oynamaq haqda düşünsək, belə bir dəyişikliyə getmək risk də ola bilər. İstənilən halda, Bakıya qayıtdıqdan sonra müzakirələr edəcəyik və onda bilinəck”.

Qurbanov bildirib ki, rəqib komandanın baş məşqçisi Stanislav Çerçesova böyük hörməti var: “Çerçesova böyük hörmətim var, O, çox bacarıqlı mütəxəssisdir. Futbolçu və məşqçi karyerası məndən daha üstündür. Ona taktiki planda qalib gəldiyini deyə bilmərəm. Sabah bu, mənim də başıma gələ bilər. Ona görə bu cür düşünmək istəmirəm. Çerçesov çox yaxşı komanda formalaşdırıb. Heyətdə səviyyəli futbolçular var. İdmanda hər zaman güclü qələbə qazanmır. Bu gün biz bu qələbəni haqq edirdik, çox istəyirdik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43