İdman

A Seriyasında çıxış edən oyunçunu 1 illik futboldan uzaqlaşdırdılar

Futbol üzrə İtaliya A seriyasında çıxış edən “Benevento” komandasının kapitanı Fabio Luçoni bir il müddətinə diskvalifikasiya olunub.

İdmanxeber.com-un məlumatına görə, səbəb 31 yaşlı müdafiəçinin qanında istifadəsi qadağan olunmuş peraparatın tapılmasıdır. Luçonidən ötən il sentyabrın 10-da III tur çərçivəsində “Torino” ilə oyundan sonra (0:1) götürülmüş qan analizi müsbət nəticə verib.

Futbolçu ilə yanaşı, komandanın baş hakimi Uolter Corcone də cəzalandırılıb. O, 4 il müddətinə idmandan kənarlaşdırılıb. Bildirilir ki, qadağan olunmuş maddə Corconenin səhvi ucbatında futbolçunun qanına düşüb.

Qeyd edək ki, “Benevento” 20 turdan sonra 7 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43