Kateqoriyasız

A seriyasında çıxış etmiş futbolçu rəsmən “Neftçi”də

“Neftçi” rumıniyalı hücumçu Katalin Tiranı transfer edib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, K.Tira 2009-2010-cü illərdə İtaliyanın “Udineze”, 2010-2013-cü illərdə isə “Latsio” klublarında çıxış edib. O,  2013-cü ildə Rumıniyanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasına dəvət alıb. 2013/2014-cü illər mövsümünü Hollandiyanın “Den Haaq” klubunda keçirən Tira daha sonra vətəninə qayıdıb. 2014-2016-cı illərdə Rumıniyanın “Braşov” və “Konkordia” klublarında oynayan gənc hücumçunun son klubu Buxarest “Rapid”i olub.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43